"Liverpul" və İngiltərə millisinin keçmiş hücumçusu Denni İnqs azad agent kimi İngiltərənin üçüncü divizion təmsilçisi "Uikomb"a keçib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
O, yeni komandasında 28 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, 34 yaşlı hücumçu ötən mövsümü "Şeffild Yunayted"də keçirib. O, Çempionşipdə meydana çıxdığı 23 oyunda iki qol vurub.