"Roma" "Frosinone" və Gürcüstan millisinin cinah oyunçusu Giorgi Kvernadzeyə maraq göstərir. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabriso Romano sosial media hesabında paylaşım edib.
"Canavarlar" 23 yaşlı futbolçunu qış "transfer pəncərəsi"ndə heyətinə qatmağı planlaşdırır və artıq ilkin qiymətləndirmə aparıb. O, partlayıcı gücü, yaradıcılığı və oyuna təsiri ilə həmyerlisi Xviça Kvaratsxeliyanı xatırladan oyun tərzi ilə seçilir.
Qeyd edək ki, Kvernadze bu mövsüm bütün turnirlərdə 6 oyuna çıxaraq 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalı futbolçunun bazar dəyərini 8 milyon avro qiymətləndirir.