UEFA Millətlər Liqasında bu gün səfərdə Litva ilə qarşılaşacaq Azərbaycan millisinin "23-lüy"ü müəyyənləşib. Sport24.az-ın məlumatına görə, baş məşqçi Ayxan Abbasov yığmanın heyətinə dəvət etdiyi 30 futbolçudan 7-ni matçın iştirak ərizəsinə daxil etməyib.
Bunlar "Neftçi"dən Murad Xaçayev, "Araz-Naxçıvan"dan Ceyhun Nuriyev və Mustafa Əhmədzadə, "Şamaxı"dan Edqar Adilxanov, "Şəfa"dan Fərid Yusifli, "Turan Tovuz"dan Rəhim Sadıxov və "Kişvarda"dan Anatoli Nuriyevdir.
Beləliklə, Azərbaycan millisinin Litva ilə qarşılaşma üçün 23 nəfərlik heyəti bəlli olub.
Qeyd edək ki, bu gün keçiriləcək Litva – Azərbaycan oyunu saat 17:00-da başlayacaq.