"Ayntraxt"dan ayrılan Mahmud Dahudun yeni klubu məlum olub. Sport24.az xəbər verir ki, almaniyalı yarımmüdafiəçi karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.


Dahud "Yunayted"lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.


Qeyd edək ki, Almaniya millisinin sabiq üzvü olan Mahmud Dahud 2025/26 mövsümündə "Ayntraxt"ın heyətində meydana çıxdığı 19 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.