"Kəpəz" klubu daha bir futbolçusu ilə yollarını ayırıb. Sport24.az-ın məlumatına görə, Gəncə təmsilçisi bununla bağlı hələlik rəsmi açıqlama yaymasa da, Məqsəd İsayevlə vidalaşıb.
Maraqlıdır ki, 32 yaşlı futbolçu uzun müddət zədə səbəbindən yaşıl meydanlardan uzaq qalıb. 2025-ci ilin yayında "Kəpəz"ə transfer olunan İsayev cari ilin aprelində çarpaz bağlarından əməliyyat keçirib.
Futbolçunun məhz zədədən sonra komandadan göndərilməsi isə müəyyən suallar doğurur. Görəsən, klub rəhbərliyi uzun müddət müalicə alan və yenidən sıraya dönən İsayevə niyə daha bir şans vermədi?
Onsuz da "Kəpəz"in heyətinin kifayət qədər geniş olmadığı nəzərə alınarsa, təcrübəli futbolçunun komandada saxlanılaraq özünü göstərməsi üçün imkan yaradılması daha məqsədəuyğun olmazdımı?