UEFA Millətlər Liqasında I turun növbəti oyunları keçirilib. Sport24.az xəbər verir ki, turnir çərçivəsində müxtəlif liqalar üzrə gərgin və bolqollu matçlar baş tutub.
A Liqasında İspaniya səfərdə İngiltərəni 3:2 hesabı ilə məğlub edib. Xorvatiya isə səfərdə Çexiyaya 2:1 hesabı ilə qalib gəlib.
B Liqasında İsveçrə Şimali Makedoniyanı 3:0 hesabı ilə darmadağın edib, Sloveniya – Şotlandiya matçında isə qol vurulmayıb (0:0).
C Liqasında Finlandiya San Marinonu 7:0 hesabı ilə darmadağın edib. Albaniya Belarusa (2:0), Slovakiya Moldovaya (2:0), Lüksemburq isə Bolqarıstana (2:1) qalib gəlib. Farer adaları – Qazaxıstan və İslandiya – Estoniya görüşlərində bərabərlik qeydə alınıb (1:1).
Qeydə alınan nəticələr:
UEFA Millətlər Liqası
I tur
A Liqası
Çexiya – Xorvatiya 1:2
Qollar: Adam Karabets, 54 – Luka Modriç, 47, Marko Paşaliç, 77
İngiltərə – İspaniya 2:3
Qollar: Entoni Qordon, 36, Harri Keyn, 40 – Lamin Yamal, 2, Aleks Baena, 60, Mikel Oyarzabal, 74
B Liqası
Sloveniya – Şotlandiya 0:0
Şimali Makedoniya – İsveçrə 0:3
Qollar: Remo Froyler, 22, Zeki Amduni, 41, 74
C Liqası
Farer adaları – Qazaxıstan 1:1
Qollar: Aki Samuelsen, 14 – Temirlan Yerlanov, 26
Slovakiya – Moldova 2:0
Qollar: İvan Şrants, 32, Ondrey Duda, 40 (pen.)
Bolqarıstan – Lüksemburq 1:2
Qollar: Asen Çandarov, 18 – Leandro Barreyro, 37, Vinsent Till, 65
İslandiya – Estoniya 1:1
Qollar: Andri Qudyohnsen, 45 – Maksim Paskotşi, 64
San Marino – Finlandiya 0:7
Qollar: Yoe Svanbek, 14, Bencamin Kyellman, 33, Leo Valta, 50, 55, Joel Pohyanpalo, 5, 79, 88 (pen.)
Albaniya – Belarus 2:0
Qollar: Kristian Asllani, 34 (pen.), Ernest Muçi, 45+2