Türkiyə millisinin futbolçusu Arda Güler Millətlər Liqasında Fransaya uduzduqları oyundan sonra fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, yarımmüdafiəçi 0:1 hesabıyla bitən matçı belə şərh edib:

 

"Azarkeşlərimizə təşəkkür edirəm. Məkandan asılı olmayaraq, bizi dəstəkləyirlər. Nəticə istədiyimiz kimi olmadı. Bunu unutdurmağa çalışacağıq.

 

Heyətdə itkilərimiz var idi. Buna baxmayaraq, pis mübarizə aparmadıq. Məqsədimiz qələbə qazanmaq idi, ancaq bacarmadıq. Növbəti rəqibimiz İtaliya olacaq. Onlarla matçda əlimizdən gələni edib, qalib gəlməyə çalışacağıq".

 

Qeyd edək ki, sentyabrın 28-də keçiriləcək Türkiyə – İtaliya oyununa 22:45-də start veriləcək.