Türkiyəli mütəxəssis Abdullah Avcı Bolqarıstanda işləyə bilər. Sport24.az xəbər verir ki, o, ÇSKA klubunda baş məşqçi postuna namizədlər arasındadır.

 

Bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb.

 

2024-cü ildən işsiz olan Avcı Sofiya təmsilçisini çalışdırmağa müsbət yanaşır.

 

Son olaraq "Trabzonspor"a rəhbərlik edən Avcı bolqarlarla anlaşsa, karyerasında ilk dəfə ölkə xaricində çalışacaq.

 

Qeyd edək ki, ÇSKA Bolqarıstan çempionatında 10 turdan sonra 24 xalla ikinci sıradadır. Komanda lider "Levski"dən bir xal geri qalır.