PSJ-nin hücumçusu Ferran Torres "Barselona"nın futbolçusu Pedrinin Paris klubuna transfer olunmasını istəyir. Sport24.az xəbər verir ki, bu barədə "El Nacional" nəşri məlumat yayıb.

 

Torres İspaniya millisində komanda yoldaşı olan yarımmüdafiəçini keçidlə bağlı razı salmağa çalışır.

 

Ferran ilə Pedri yaxın dostdur. Hücumçu bir müddət əvvəl verdiyi açıqlamada Pedri üçün çox darıxdığını bildirmişdi.

 

Hər iki futbolçu bundan əvvəl "Barselona"da birlikdə çıxış edib.

 

Qeyd edək ki, Pedrinin "transfermarkt"da dəyəri 150 milyon avrodur. 23 yaşlı futbolçu bu mövsüm 8 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.