Şahmat üzrə millilərimiz Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında (ÜŞO) bu gün növbəti oyunlarını keçirəcəklər. Sport24.az xəbər verir ki, kişilərdən ibarət yığma X turda Bolqarıstanla qarşılaşır.
Xanımlar isə Sloveniya yığması ilə üz-üzə gəlir.
Kişilərdən ibarət millimiz 9 turdan sonra 13 xalla 11–22-ci yerləri bölüşdürür və əlavə göstəricilərə görə 12-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 16 xalla Özbəkistan başçılıq edir. Hindistan, Özbəkistan-2 və Ermənistan 15 xalla ikinci, üçüncü və dördüncü yerləri tuturlar.
Qadın yığmamız isə 13 xalla 14-cü yerdıdir. Turnir cədvəlinə aktivində 17 xal olan Çin başçılıq edir. Hindistan, Qazaxıstan və Monqolustan 15 xalla ikinci, üçüncü və dördüncü yerləri bölüşürlər.
Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən və 11 turdan ibarət olan yarışa sentyabrın 27-də yekun vurulacaq.