"Zirə" minifutbol üzrə Çempionlar Liqasında mübarizəni dayandırıb. Sport24.az xəbər verir ki, Seymur Məmmədovun baş məşqçi olduğu komanda 1/4 finalda Macarıstan təmsilçisi "The Private Rooftop"la üz-üzə gəlib.
Əsas vaxtı 0:0 hesabı ilə bitən qarşılaşmanın penaltilər seriyasında rəqib daha dəqiq olub - 2:0.
Beləliklə, Azərbaycanın sonuncu təmsilçisi də İspaniyanın Kambrils şəhərində təşkil olunan turniri əliboş tərk edib.
Xatırladaq ki, daha əvvəl "Birbaşa Bakı" 1/8 finalda, "Aznur" isə qrup mərhələsində mübarizəni dayandırıb.