"Qəbələ" heyətinə yeni futbolçu cəlb edib. Sport24.az xəbər verir ki, komanda Rafael Utziqlə 2026-2027-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulan müqavilə imzalayıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

2020-2023-cü illərdə "Qəbələ"nin şərəfini qoruyan braziliyalı vinger 94 oyunda 18 qol vurub. 

 

Qeyd edək ki, 30 yaşlı futbolçu son olaraq Vyetnamın  "Ho Çi Minh Siti" komandasında çıxış edib.