"Real Sosyedad"ın müdafiəçisi Xon Martin Avropanın böyük klublarının diqqət mərkəzindədir. Sport24.az xəbər verir ki, "Arsenal", "Çelsi", "Liverpul" və "Real Madrid" ispaniyalı futbolçunun transferində maraqlıdır.
Bu barədə "Fussball-News" nəşri məlumat yayıb.
"Real Sosyedad" 20 yaşlı futbolçunu yanvar ayında satmağı planlaşdırmır. Lakin mərkəz müdafiəçisi üçün 50 milyon avrodan yüksək məbləğdə təklif daxil olacağı təqdirdə, klubun bunu dəyərləndirəcəyi bildirilir.
Qeyd edək ki, Xon Martin "Real Sosyedad"ın yetirməsidir. İspaniya U-21 millisinin üzvü cari mövsümdə La Liqa təmsilçisinin heyətində 7 rəsmi oyunda meydana çıxıb.