"Sumqayıt" ingiltərəli basketbolçu Coş Oqundeleni heyətinə qatıb. Sport24.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
25 yaşlı basketbolçu ilə ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, C.Oqundele ABŞ-nin "İova" və "Hampton" universitet komandalarında çıxış edib. 213 sm boya malik basketbolçu sonuncu kollektivdə 6,7 xal və 3,5 ribaund ortalaması ilə yadda qalıb. Oqundele 55,1% dəqiqlik göstəricisi ilə də diqqət çəkib.