"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun təsnifat mərhələsində ilk oyununu keçirib. Sport24.az xəbər verir ki, "ağ-qaralar" Bakı İdman Sarayında Estoniyanın "Parnu" kollektivi ilə qarşılaşıb.
Görüş "Neftçi"nin 80:67 hesablı qələbəsi ilə başa çatıb.
Konstantinos Vasiliadisin komandası ilk iki periodu qələbə ilə başa vurub – 20:13 və 22:16. Böyük fasilədən sonra qonaqlar fərqi azaltsalar da, matçın nəticəsini dəyişə bilməyiblər. Periodlar üzrə hesab 20:13, 22:16, 18:19, 20:19 olub.
"Neftçi"nin heyətində ən çox xalı Şakil Prays (21) və Elayca Hokins (19) toplayıblar. Rob Hovard 13, Aleksa Stepanoviç isə 10 xal toplayıb.