"Sumqayıt" basketbol klubu heyətini oyunçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, "kimyaçılar" Rüstəm Əliyevi transfer edib.

 

96 sm boya malik basketbolçu ilə 2026/2027 mövsümünü əhatə edəcək müqavilə imzalanıb.

 

Daha öncə "Sabah"la iki il ardıcıl çempionluq sevinci yaşayan Rüstəm Əliyev "Ordu" və "LANDAU Lions" klubunda da çıxış edib.

 

Qeyd edək ki, o, həmçinin U-18 və əsas millinin heyətində də meydana çıxıb.