"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev keçmiş komanda yoldaşı Abdullah Zubirlə görüşüb. Sport24.az xəbər verir ki, qolkiper bununla bağlı sosial şəbəkə hesabında paylaım edib.

 

8 il Ağdam klubunun formasını geyinmiş mərakeşli vinger də sabiq komanda yoldaşının paylaşımını səhifəsinə yerləşdirərək "Səni görmək həmişə xoşdur, mənim əsl qardaşım" sözlərini yazıb.

 

Qeyd edək ki, Zubir avqustda "Qarabağ"dan ayrılaraq Səudiyyə Ərəbistanının 1-ci Liqasında yarışan "Əl-Oruba" klubuna keçib.