Azərbaycan millisi tarixində üçüncü dəfə Tacikistan yığması ilə üz-üzə gələcək. Sport24.az-ın məlumatına görə, millimiz bu rəqibə qarşı əvvəlki iki qarşılaşmada da qələbə qazanıb.

 

Komandalar ilk dəfə 1993-cü ildə qarşılaşıblar. Həmin vaxt İranın paytaxtı Tehranda keçirilən beynəlxalq turnirdə üz-üzə gələn komandaların duelində Azərbaycan millisi 2:0 hesablı qələbə qazanıb. O zaman yığmanın baş məşqçisi mərhum Ələkbər Məmmədov olub.

 

İkinci qarşılaşma isə 2007-ci ildə baş tutub. Düşənbədə keçirilən yoldaşlıq görüşündə də sevinən tərəf millimiz olub. Şahin Diniyevin rəhbərlik etdiyi komanda rəqibini 3:2 hesabı ilə məğlub edib.

 

Beləliklə, Azərbaycan millisi Tacikistanla əvvəlki iki oyunda 5 qol vurub, 2 qol buraxıb.

 

Qeyd edək ki, bu gün Bakıda keçiriləcək Azərbaycan – Tacikistan oyunu saat 20:00-da başlayacaq.