21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Çexiya ilə oyundan əvvəl "Dalğa Arena"da baş məşqçinin iştirakı ilə brifinq və açıq məşqi təşkil olunacaq. Sport24.az xəbər verir ki, sentyabrın 24-də saat 16:15-də U-21 yığmamızın baş məşqçisi Rəşad Eyyubovun iştirakı ilə brifinq keçiriləcək.

 

Saat 16:30-da start götürəcək məşqin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olacaq.


Qeyd edək ki, Azərbaycan U-21 millisi Avropa çempionatının seçmə mərhələsində sentyabrın 25-də Çexiya komandası ilə üz-üzə gələcək. "Əlincə Arena"da keçiriləcək və saat 17:45-də start götürəcək qarşılaşma "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.