"Sabah"ın qapıçısı Stas Pokatilov Qazaxıstan millisinin düşərgəsindədir. Sport24.az xəbər verir ki, qolkiperin toplanışdan görüntüləri yığmanın mətbuat xidmətində paylaşılıb.

 

Stas milliyə qayıdışı ilə bağlı fikirlərini bölüşüb:

 

 

"Milli, komanda yoldaşlarım və buradakı ab-hava üçün darıxmışdım".

 

Qeyd edək ki, Qazaxıstan yığması Millətlər Liqasında sentyabrın 26-da Farer adaları ilə qarşılaşacaq.