Fransanın PSJ klubunun rusiyalı qapıçısı Matvey Safonov özünü dünyanın ən yaxşı qapıçısı hesab etmədiyini etiraf etdi. Sport24.az xəbər verir ki, Safonov bir müddət əvvəl ilin qapıçısı mükafatına namizəd siyahısına düşmüşdü:
"İlin ən yaxşı qapıçısı siyahısına namizəd olmağım mənim üçün bir az süpriz idi. Mənim belə xəyalım yoxdur. Çünki xəyal əlçatmazdır. Ötən mövsüm məqsədim dünyanın ən yaxşı beş qapıçısı arasında olmaq idi. Bu, mənim əsas məqsədim idi, başqa şeyə fikir vermirdim. İndi ilk beşliyə daxil olsam, keçən ilki məqsədimə çatmış olaram. Amma özümü ən yaxşı adlandırmazdım".