"Real" keçmiş müdafiəçisi David Alaba "Udineze"yə keçməyə yaxındır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial media hesabında paylaşım edib.

 

İtaliya klubu 34 yaşlı mərkəz müdafiəçisini heyətinə qatmaq üçün şifahi razılıq əldə edib.

 

Daha əvvəl "Union Berlin"in avstriyalı futbolçunu transfer etməyi planlaşdırdığı bildirilirdi. "İnter Mayami" və "Hamburq" da Alabaya maraq göstərirdi.

 

Qeyd edək ki, Alaba yayda "Real" ilə müqaviləsinə xitam verildikdən sonra azad agent statusundadır. Ötən mövsüm avstriyalı futbolçu bütün turnirlərdə 16 oyuna çıxıb.