"Frozinone"nin vingeri Giorgi Kvernadze "Roma" və "Napoli"nin maraq dairəsinə düşüb. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira "X" media hesabında məlumat yayıb. 

 

A Seriyasının aparıcı klubları mövsümün əvvəlində möhtəşəm performans nümayiş etdirən 23 yaşlı gürcünü yaxından izləyirlər.

 

Qeyd edək ki, Kvernadze cari mövsümdə 6 oyun keçirib və 5 qol, 2 məhsuldar ötürməyə imza atıb.