"Sumqayıt" heyətinə yeni basketbolçu cəlb edib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

"Kimyaçılar" müdafiəçi mövqeyində çıxış edən Elşad Şirzadovla 1 illik müqavilə imzalayıb.

 

Şirzadov ötən mövsümü "Ordu"nun heyətində keçirib. 27 yaşlı basketbolçu daha əvvəl NTD və "Gəncə" klublarında da oynayıb.

 

Qeyd edək ki, o, Azərbaycanın U-18, U-20 və əsas millisinin uğurları üçün də çalışıb.