AFFA İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, I Liqada III turun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
16.09.2026-cı il tarixində I Liqada III turun "Karvan-Yevlax"– "Zaqatala" oyununun 6-cı dəqiqəsində "Zaqatala" komandasının 9 nömrəli futbolçusu Elxan Məmmədov xəsarətlə nəticələnən təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 6 oyun oyuna buraxılmasın, "Zaqatala" komandası 1000 manat cərimə edilsin (maddə 45.2);
17.09.2026-cı il tarixində I Liqada III turun "Mingəçevir"– "Gəncəbasar" oyununda "Mingəçevir" komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün "Mingəçevir" komandası 210 manat cərimə edilsin (maddə 43.1);
17.09.2026-cı il tarixində I Liqada III turun "Baku Sportinq"– "Səbail" oyununun 21-ci dəqiqəsində "Səbail" komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə "Səbail" komandası 900 manat cərimə edilsin (maddə 86.3);
17.09.2026-cı il tarixində I Liqada III turun "Xankəndi"– MOİK oyununda "Xankəndi" komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün "Xankəndi" komandası 210 manat cərimə edilsin (maddə 43.1);