Misli Premyer Liqasında VI turdan sonra ən çox sarı vərəqə alan komandalar müəyyənləşib. Sport24.az "Sofascore"yə istinadən xəbər verir ki, geridə qalan 6 turda ən çox sarı vərəqə ilə cəzalanan komanda "İmişli" olub.

Bölgə təmsilçisinin futbolçuları keçirdikləri 6 matçda ümumilikdə 17 dəfə sarı vərəqə ilə üzləşiblər. Bu göstərici "İmişli"ni siyahının ilk pilləsinə çıxarıb.

"Kəpəz" isə 14 sarı vərəqə ilə ikinci sırada qərarlaşıb. Gəncə klubunun futbolçuları bu vərəqələri keçirdikləri 5 qarşılaşmada alıblar. Komandanın 1 oyunu təxirə salındığından "Kəpəz" liderdən bir matç az keçirib.

Qeyd edək ki, Misli Premyer Liqasında VI turdan sonra milli komandaların oyunları ilə əlaqədar fasilə yaranıb. Çempionatda VII tura 9 oktyabrda start veriləcək.