AFFA İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, toplantıda II Liqanın IV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

 

20.09.2026-cı il tarixində II Liqada IV turun "Şirvan"– "Şəki" oyununda "Şəki" komandasının həkimi olmadığına görə "Şəki" komandası 100 manat cərimə edilsin (maddə 99, 94, 68);

 

21.09.2026-cı il tarixində II Liqada IV turun "Ağdaş"– "Zəngəzur" oyununda "Ağdaş" komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün "Ağdaş" komandası 70 manat cərimə edilsin (maddə 43.1);

 

21.09.2026-cı il tarixində II Liqada IV turun "Ağdaş"– "Zəngəzur" oyununda təşkilati-texniki öhdəliklər pozulduğuna və bu hal cari mövsümdə ikinci dəfə təkrarlandığına görə "Ağdaş" komandası 200 manat cərimə edilsin (maddə 99, 94, 68);

 

21.09.2026-cı il tarixində II Liqada IV turun "Hypers"– "Dinamo" oyununda "Dinamo" komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün "Dinamo" komandası 70 manat cərimə edilsin (maddə 43.1);

 

21.09.2026-cı il tarixində II Liqada IV turun "Hypers"– "Dinamo" oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə "Hypers" komandası 250 manat cərimə edilsin (maddə 86.3);

 

21.09.2026-cı il tarixində II Liqada IV turun "Kür-Araz"– "Difai" oyununda "Kür-Araz" komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün "Kür-Araz" komandası 70 manat cərimə edilsin (maddə 43.1);

 

21.09.2026-cı il tarixində II Liqada IV turun "Kür-Araz"– "Difai" oyununun 51-ci dəqiqəsində "Kür-Araz" komandasının 3 nömrəli futbolçusu Cavid Abbasov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, "Kür-Araz" komandası 100 manat cərimə edilsin (maddə 44.1);

 

21.09.2026-cı il tarixində II Liqada IV turun "Kür-Araz"– "Difai" oyununun 51-ci dəqiqəsində "Kür-Araz" komandasının 20 nömrəli futbolçusu Sənan Həsənov hakimə təzyiq göstərdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun oyuna buraxılmasın, "Kür-Araz" komandası 600 manat cərimə edilsin (maddə 53.3);

 

21.09.2026-cı il tarixində II Liqada IV turun "Kür-Araz"– "Difai" oyununda "Kür-Araz" komandasının həkimi olmadığına və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə "Kür-Araz" komandası 200 manat cərimə edilsin (maddə 99, 94, 68).