"Real"ın hücumçusu Vinisius Juniorun yayda "Arsenal"a keçməyə çox yaxın olduğu üzə çıxıb. Sport24.az xəbər verir ki, bu barədə "Cadena SER" məlumat yayıb.

Mənbənin sözlərinə görə, "Real"ın bir sıra futbolçuları Vinisiusun yay "transfer pəncərəsi"ndə klubu tərk edərək "Arsenal"a keçəcəyini düşünürdü. London təmsilçisi braziliyalını transfer etməyi strateji addım kimi qiymətləndirib və onun Premyer Liqanın qlobal simalarından birinə çevrilməsini planlaşdırıb.

Vinisiusun komanda yoldaşları ilə münasibətlərinin yaxşı olduğu, soyunub-geyinmə otağında onunla bağlı heç bir problemin yaşanmadığı bildirilir. Lakin braziliyalının bu mövsümkü çıxışı ciddi müzakirələrə səbəb olub.

Vinisius "Atletiko" ilə derbidə 2:1 hesablı məğlubiyyətdə qapıya dəqiq zərbə endirməyib, qol və məhsuldar ötürmə ilə yadda qalmayıb, cəmi bir uğurlu driblinq edib və topu 7 dəfə itirib. Onun son oyunlardakı çıxışı "Real" azarkeşlərinin də tənqidinə səbəb olub.

Qeyd edək ki, Vinisius yayda "Real"da qalıb və klubla yeni müqavilə imzalayıb. Buna baxmayaraq, onun hazırkı forması ilə bağlı suallar davam edir. Məlumata görə, beynəlxalq fasilədən sonra baş məşqçi Joze Mourinyonun braziliyalını ehtiyatda saxlayaraq Yan Diomandeyə şans verməsi variantı da gündəmdədir.