"Napoli"nin yeni müqavilə ilə bağlı Kevin De Bruyne ilə danışıqları dalana dirənib. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial media hesabında paylaşım edib.
Napoli klubu ilə 35 yaşlı futbolçu arasındakı danışıqlar fikir ayrılığı səbəbindən yarımçıq qalıb. Belçikalı yarımmüdafiəçinin gələn yay klubu tərk etmək ehtimalı oluqca yüksəkdir.
Qeyd edeək ki, De Bruyne 2025-ci ilin yayında "Napoli"yə qoşulub. yarımmüdafiəçi cari mövsümdə 6 oyunda meydana çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Napoli" ilə müqaviləsi 2026/27 mövsümünün sonuna qədər qüvvədədir.