Ondan çox klub bu qış "Arsenal"ın yarımmüdafiəçisi Maks Daumanı (Max Dowman) icarəyə götürməkdə maraqlıdır. Sport24.az xəvər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
Dekabrda 17 yaşı tamam olacaq ingilis futbolçu icarə əsasında başqa komandaya keçmək hüququ qazanır. "Arsenal"ın baş məşqçisi Mikel Arteta bildirib ki, o, cari mövsümdə oyunçuya mütəmadi oyun vaxtı vəd edə bilməz.
Mənbənin sözlərinə əsasən, "Arsenal" Daumanı 2026/27-ci il mövsümünün ikinci yarısında icarəyə verməyə hazırdır. Artıq ondan çox klub – Premyer Liqa və Çempionşip təmsilçiləri gənc futbolçuya görə, "Arsenal"a müraciət edib.