İspaniya millisinin və "Barselona"nın ulduzu Lamin Yamal gələcək hədəflərindən danışıb. Sport24.az xəbər verir ki, 19 yaşlı futbolçu "L"Équipe" nəşrinə müsahibəsində karyerası, qazandığı titullar və qarşıdakı məqsədləri barədə fikirlərini bölüşüb.

Yamal bildirib ki, əsas məqsədi futbol tarixində öz adına iz qoymaqdır:

"Tarix yazmaq üçün oynayıram. 30 ildən sonra uşaqların Lamin Yamal, həqiqətən də çox yaxşı futbolçu idi deməsini istəyirəm. Pele və ya Lionel Messidən daha yaxşı olmaq istəmirəm. Lamin Yamal olmaq və bu adla xatırlanmaq istəyirəm".

İspaniyalı hücumçu titullarla bağlı hədəflərini də açıqlayıb:

"Artıq üç La Liqa çempionluğum var və yeddi-səkkiz titul qazanmaq istəyirəm. İlk Çempionlar Liqamı qazanmağı arzulayıram. Bir dəfə qalib gəlsəm, ardıcıl üç dəfə qazanmağı hədəfləyəcəyəm. "Qızıl top"u qazansam, gələcəkdə daha beş dəfə bu mükafata sahib olmaq istəyirəm".

Yamal əlavə edib ki, onun düşüncə tərzi hər il qələbə qazanmaq üzərində qurulub:

"Mentalitetim budur: həmişə qazanmaq, hər il. Qazanmasam, gələn il yenidən cəhd edəcəyəm".

Qeyd edək ki, Lamin Yamal "Barselona" ilə bir sıra titullar qazanıb, bu yay isə İspaniya millisi ilə dünya çempionu olub.