"Sumqayıt" basketbol klubunun məşqçilər heyəti müəyyənləşib. Bu barədə Sport24.az-a klubun mətbuat xidmətindən bildirlib.
Yeni mövsümdə məşqçilər heyətində Vadim Kuramşın və gənc məşqçi Allahverdi Yusifov yer alacaq. Kuramşın baş məşqçi Uğur Özdemirin köməkçisi kimi fəaliyyət göstərəcək. Mütəxəssis klubun yarandığı 3 il ərzində komandada çalışıb. O, ötən iki mövsümdə baş məşqçi kimi fəaliyyət göstərib.
Qeyd edək ki, Allahverdi Yusifov isə buna qədər aşağı yaş qruplarından ibarət komandalarda məşqçilik edib. O, FIBA və ABL-nin B kateqoriyası üzrə məşqçilik sertifikatına sahibdir.