"Sumqayıt" heyətinə iki legioner cəlb edib. Sport24.az xəbər verir ki, "kimyaçılar" amerikalı basketbolçular - Teyvion Kirk və Cakori Arçinin keçidini rəsmiləşdirib.
Hər iki basketbolçu ilə bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, Teyvion Kirk və Cakori karyeraları ərzində "Xırdalan"da (indiki "LANDAU Lions") çıxış ediblər.