"Komo"nun qapıçısı Jan Bütez Millətlər Liqasında oyunları üçün Fransa millisinə dəvət alıb. Sport24.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
31 yaşlı qapıçı "Lans"ın qolkiperi Robin Risseri əvəz edəcək. Risser fiziki hazırlıqla bağlı problemlər səbəbindən millinin qarşıdakı toplanışında iştirak edə bilməyəcək.
Bütezin Fransa milli komandasında çıxış etmək təcrübəsi yoxdur. O, 2025-ci ilin yanvarından etibarən "Komo"da oynayır.
Qeyd edək ki, Fransa millisi Millətlər Liqasının A Liqasının 1-ci qrupunda mübarizə aparacaq. Zidanın komandası Türkiyə (25 sentyabr) və Belçika (28 sentyabr) ilə səfər oyunları keçirəcək. Fransızlar İtaliya (2 oktyabr) və Belçikanı (5 oktyabr) isə öz meydanında qəbul edəcək.