Paskal Qros Almaniya millisində çıxışını başa vurub. Sport24.az xəbər verir ki, futbolçu bu barədə "Brayton" - "Arsenal" matçından sonra "Sky Sport"a açıqlamasında bildirib.

 

35 yaşlı Qross Almaniya millisində 2023-cü ilin sentyabrında debüt edib. Yarımmüdafiəçi yığmada​ ümumilikdə 19 oyun keçirib, bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

 

Qeyd edək ki, Qross Almaniya yığması ilə AVRO-2024 və DÇ-2026-da iştirak edib. O, həmçinin 2024/25-ci illər mövsümündə Millətlər Liqasında dördüncü yer tutan komandanın heyətində yer alıb.