Kiprin "Pafos" futbol komandasında çıxış edən azərbaycanlı vinger Murad Məmmədov ölkə çempionatının 9-cu turunda növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, "Pafos" doğma meydanda "Omoniya"nı qəbul edib. Matç meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

 

Qeydə alınan nəticə:

Kipr çempionatı

IX tur

Pafos – Omoniya 4:2

 

Qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayan Murad Məmmədov 59-cu dəqiqədə yaşıl meydana daxil olub. Həmin vaxt komandası matçdaki dörd qolun hamısını vurmuşdu.

 

Qeyd edək ki, bu qələbədən sonra "Pafos" xallarının sayını 16-ya çatdıraraq Kipr çempionatının turnir cədvəlində altıncı pillədə qərarlaşıb.