Polşa çempionatında XIV turun mərkəzi qarşılaşması baş tutub. Sport24.az xəbər verir ki, "Legiya" (Varşava) doğma meydanda "Rakuv"u sınağa çəkib.

 

Gərgin və qollarla zəngin keçən görüş qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb.

 

Matçda "Rakuv"un heyətində Patrik Makuç, Erik Otieno və Oliverye Kviatkovski fərqləniblər.

 

Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli görüşə "Rakuv"un start heyətində başlayıb. Həmyerlimiz 58-ci dəqiqədə Otienonun vurduğu qolun ötürməsini edərək assistlə yadda qalıb. Mahir 73-cü dəqiqədə əvəzlənib.