Azərbaycanın futzal yığması DÇ-2028-in əsas seçmə mərhələsində növbəti matçını keçirib. Sport24.az xəbər verir ki, 12-ci qrupda yer alan milli komandamız Bakı İdman Sarayında Latviya seçməsini qəbul edib.

 

Görüş qonaqların 5:1 hesablı üstünlüyü ilə yekunlaşıb.

 

Bu nəticədən sonra seçmə mərhələdə üç oyun keçirən futzalçılarımız aktivindəki 1 xalla kifayətləniblər.

 

Xatırladaq ki, yığmamız oktyabrın 16-da Çexiyaya səfərdə 1:2 hesabı ilə uduzmuş, noyabrın 5-də isə Lənkəranda həmin rəqiblə 2:2 hesablı heç-heçə edərək ilk xalını qazanmışdı.