"Bavariya"nın fəxri prezidenti Uli Hönes yarımmüdafiəçi Camal Musialanın səhhəti ilə bağlı açıqlama verib. Sport24.az xəbər verir ki, o, bu barədə "Bild" nəşrinə danışıb:
"Biz bir dilemma qarşısındayıq. Onda sağalması tam mümkün olmayan, lakin dərman vasitələri ilə müəyyən dərəcədə nəzarətdə saxlanıla bilən bir xəstəlik var.
Amma onun əvvəlki oyun səviyyəsinə qayıdıb-qayıda bilməyəcəyi... bax, bu sual altındadır".
Hönes həmçinin qeyd edib ki, Musialanın vəziyyəti onun klubla müqaviləsində nəzərdə tutulan sığorta paketinə daxil deyil. O, futbolçunun fiziki imkanlarındakı dəyişikliklərə görə "Bavariya"nın müqavilə şərtlərini yenidən nəzərdən keçirə biləcəyi ehtimalını dilə gətirib.
Qeyd edək ki, 23 yaşlı alman futbolçu avqust ayında ardıcıl iki oyunda huşunu itirib. Hər iki halda ona tibbi yardım göstərilib və o, oyundan çıxarılıb.
Daha sonra Musiala mətbuata açıqlamasında həkimlərin onda nevroloji pozuntu ilə əlaqəli qısamüddətli "absans" tutmaları (şüurun qısa müddətə itməsi ilə müşayiət olunan tutmalar) diaqnozu qoyduğunu bildirmişdi.