Misli Premyer Liqasının XI turunun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub. Sport24.az xəbər verir ki, turun altı qarşılaşmasını ümumilikdə 6598 tamaşaçı izləyib.

Ən çox azarkeş "Neftçi" – "Kəpəz" matçında (1:0) qeydə alınıb. Bu görüşü 3275 tamaşaçı stadiondan izləyib.

"Qarabağ" – "Turan Tovuz" (0:1) qarşılaşmasında 1536, "Sabah" – "Şamaxı" (2:2) matçında 937, "Zirə" – "Qəbələ" (2:1) görüşündə 550, "İmişli" – "Sumqayıt" qarşılaşmasında 200, "Şəfa" – "Araz-Naxçıvan" (2:2) matçında isə 100 tamaşaçı qeydə alınıb.

Qeyd edək ki, Misli Premyer Liqasında XII tura noyabrın 20-də start veriləcək.