"Mançester Yunayted" ötən mövsüm İngiltərə liqasında ilk "üçlükdə" qərarlaşan klublar arasında nadir və arzuolunmaz bir rekordu təkrarlayıb. Sport24.az xəbər verir ki, bu barədə "Opta Sport" statistik portalı məlumat yayıb.
Bu, "qırmızı şeytanlar"ın İngiltərə Premyer Liqasının 10-cu turunda "Aston Villa" ilə 4:4 hesablı heç-heçə etməsindən sonra baş verib.
Mənbənin yaydığı xəbərə əsasən, "Mançester Yunayted" əvvəlki mövsümü ilk "üçlük"də başa vurduqdan sonrakı mövsümdə ilk 10 oyunundan yalnız birində qalib gələn ilk yüksək liqa komandası olub. Bu hal sonuncu dəfə 1953/1954-cü il mövsümündə "Arsenal"ın başına gəlmişdi.
Qeyd edək ki, "Mançester Yunayted" 10 oyundan sonra 8 xalla hazırda turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.