Aleksandr Blessin Mönxenqladbax "Borussiya"sının "sükanı arxasına" keçməyə yaxındır. Sport24.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq sosial media hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, "taylar" (klubun ləqəbi) 53 yaşlı mütəxəssislə şifahi razılıq əldə ediblər və müqavilənin tezliklə rəsmiləşdirilməsi gözlənilir.

 

Bundesliqa klubu uğursuz nəticələrə görə, ötən həftə baş məşqçi Yugen Polanskini istefaya yollayıb.

 

Qeyd edək ki, Blessinin son iş yeri 2024-cü ildən rəhbərlik etdiyi "Sankt Pauli" klubu olub. Onun rəhbərliyi altında komanda Bundesliqadakı yerini qoruya bilsə də, növbəti mövsüm yüksək liqanı tərk etməli olub. O, həmçinin əvvəllər "Cenoa"da çalışıb və Belçikanın "Union Saint-Gilloise" komandasına rəhbərlik edib.

Aktivində xal olmayan Mönxenqladbax "Borussiya"sı hazırda Bundesliqada sonuncu pillədə qərarlaşıb.