MBA-da son çempion "Nyu-York Niks" yeni mövsümün oyunlarına ayrı-ayrı biletlərin satışını qiymətlərin müəyyənləşdirilməsi zamanı yaranan səhvə görə dayandırıb. Səhv nəticəsində biletlərin qiyməti planlaşdırılandan xeyli yüksək olub. Sport24.az xəbər verir ki, "Filadelfiya Siksers"lə evdə keçiriləcək mövsümün açılış oyunu üçün ən ucuz biletin qiyməti 1000 dollardan çox, orta qiymət isə təxminən 2500 dollar təşkil edib.
"Medison Skver Qarden" arenasının nümayəndəsi bildirib ki, qiymətlər ötənilki səviyyəyə qaytarılacaq və orta hesabla 12 faiz artım tətbiq olunacaq. Yüksək qiymətə bilet alan azarkeşlərə ödədikləri məbləğlə yeni qiymət arasındakı fərq geri qaytarılacaq.
"Nyu York Post"un məlumatına görə, qiymətlərin müəyyənləşdirilməsi ilə bağlı belə səhv arena tarixində ilk dəfə baş verib. Bununla belə, qiymətlər düzəldildikdən sonra da "Nyu-York Niks"in oyunlarına biletlər komandanın son uğurlu mövsümlərindən sonra artan tələbat fonunda baha olaraq qalacaq.