"Neftçi" yeni oyunçu ilə anlaşıb. Sport24.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.
Paytaxt təmsilçisi amerikalı Zakeriya Hiks ilə bir illik müqavilə imzalayıb.
23 yaşlı hücumçu karyerası ərzində NCAA-da "Temple Owls" və "Penn State Nittany Lions" komandalarının şərəfini qoruyub.
Qeyd edək ki, hiks peşəkar səviyyədə İspaniyanın "UCAM Murcia" klubunda, son olaraq isə NBA G Liqasında "South Bay Lakers" komandasında çıxış edib.