"Naxçıvan" basketbolçusu Camaal Brentli ilə yeni müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Amerikalı oyunçu ilə anlaşmanın müddəti bir illikdir.

 

Qeyd edək ki, 198 sm boya malik 34 yaşlı Camaal Brentli 2024/2025 mövsümündə "Neftçi" forması ilə Azərbaycan Basketbol Liqasının gümüş medalını qazanıb.