"Sabah" Avropa Kubokunun qalibi olmuş oyunçunu heyətinə cəlb edib. Sport24.az xəbər verir ki, bu barədə taytaxt təmsilçisi məlumat yayıb.

 

"Bayquşlar" amerikalı basketbolçu Tacuan Eyci ilə mövsümün sonunadək müqavilə imzalayıb. 

 

28 yaşlı, 2,03 metr boya malik basketbolçu ötən mövsümü Fransanın "JL Burq" klubunda keçirib və komandanın heyətində Avropa Kubokunun qalibi olub. Eyci turnirdə 15 oyunda orta hesabla 6,5 xal və 3,2 ribaundla yadda qalıb.

 

Peşəkar karyerasına 2020-ci ildə başlayan basketbolçu Bolqarıstanın "Balkan", İsrailin "Makkabi Aşdod", Almaniyanın "Rasta Vexta" və Fransanın "Qravlen-Dünkerk" klublarında çıxış edib. O, həmçinin Yeni Zelandiyanın "Hoks Bey Hoks" komandasının formasını geyinib.