Növbəti iki mövsümdə UEFA Super Kuboku matçlarının keçiriləcəyi məkanlar açıqlanıb. Sport24.az xəbər verir ki, UEFA-nın rəsmi saytı məlumat yayıb.
Çempionlar Liqası və Avropa Liqasının qalibləri arasındakı qarşılaşma 2027-ci ildə Amsterdamdakı "Yohan Kroyf Arena"da baş tutacaq.
2028-ci ildə isə qarşılaşmaya Qazaxıstanın paytaxtındakı "Astana Arena" ev sahibliyi edəcək.
Qeyd edək ki, 2009-cu ildə istifadəyə verilən "Astana Arena" 30 000 tamaşaçı tutumuna malikdir.