"Karvan-Yevlax" transfer çalışmalarını davam etdirir. Sport24.az xəbər verir ki, I Liqa təmsilçisi "Zirə"dən Abdul Azizi icarəyə götürüb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

19 yaşlı hücumçu mövsümün birinci yarıssında "Karvan-Yevlax"ın uğurları üçün çalışacaq.

 

Qeyd edək ki, Abdul Aziz cari mövsümdə "Zirə"nin heyətində 2 rəsmi matçda meydana çıxıb.