"Liverpul"un keçmiş hücumçusu Endi Kerroll "Owning It" adlı avtobioqrafik kitabında İngiltərə millisindəki gördüklərini xatırlayıb. Sport24.az xəbər verir ki, "The Sun" qəzeti Kerrollun kitabından bir hissə paylaşıb.
"Günorta saat ikidə Runi mənə zəng edib "Endi, dərhal otağıma gəl'. Mən isə cavab indi yox, Uazza, hələ çox tezdir"söylədi.
Amma o, yenə də məni yanına çağırdı. Otağına girəndə onu çarpayıda uzanıb televizora baxan və şüşədən pivə içən gördüm. Dodaqları içməkdən şişmişdi.
Ətrafı otel menecerinin otağına gətirdiyi siqaret qutuları, pivə yeşikləri və şərab qutuları ilə dolu idi. Çox keçmədən otaq oyunçularla doldu. Heç kim özünü içki ilə əldən salmdı. Uazza üçün bu, sadəcə çarpayıda uzanmaq əvəzinə, bir-iki qurtum içki ilə gündəlik həyatın monotonluğunu dağıtmaq üsulu idi".
Qeyd edək ki, Runi karyerası ərzində İngiltərə millisində 120 oyuna çıxıb və 53 qol vurub.