"Qalatasaray"dan ayrılan Mauro İkardi karyerasını İtaliyada davam etdirə bilər. Sport24.az xəbər verir ki, argentinalı hücumçu "Latsio" ilə danışıq aparır.

 

Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

 

33 yaşlı futbolçu A Seriyasında oynamağa müsbət yanaşır. İkardinin yaxın günlərdə baş məşqçi Cennaro Qattuzo ilə görüşəcəyi bildirilir. Bundan sonra onunla bağlı qərar veriləcək.

 

İkardi daha əvvəl bu ölkədə "İnter"də çıxış edib. O, karyerası ərzində "Sampdoriya" və PSJ-də də forma geyinib.

 

Qeyd edək ki, "Qalatasaray" argentinalı hücumçu ilə müddəti bitən müqaviləni uzatmayıb.